Modern.az

Azərbaycan neftinin qiymətində ciddi artım - 94 dollara çatır

Azərbaycan neftinin qiymətində ciddi artım - 94 dollara çatır

İqtisadiyyat

Bu gün, 09:34

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,41 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,41 ABŞ dolları və ya 2,63 % artaraq 93,91 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR