Modern.az

"Brent" nefti 88 dollaradək gerilədi

"Brent" nefti 88 dollaradək gerilədi

İqtisadiyyat

Bu gün, 09:00

Dünya əmtəə bazarlarında neft yenidən ucuzlaşıb.

Modern.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında “WTI” markalı neftin avqust fyuçersləri 0,41 ABŞ dolları və ya 0,49% ucuzlaşaraq bir barel üçün 82,82 ABŞ dolları olub.

Londonun “ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,74 ABŞ dolları və ya 0,83% azalaraq 88,48 ABŞ dollarına enib.

Analitiklərə görə, enişə əsas səbəb bazar iştirakçılarının ABŞ-İran gərginliyi fonunda təkliflə bağlı ən pis ssenarilərin reallaşmayacağına dair gözləntilərinin güclənməsi, eləcə də əvvəlki günlərdə qeydə alınan kəskin bahalaşmadan sonra investorların mənfəət realizəsinə üstünlük verməsi olub.

Bununla yanaşı, Yaxın Şərqdə neft tədarükünə dair risklərin hələlik artmaması bazarda satışları dəstəkləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR