Arxiv
3 İyul 2020, 13:12 | AKTUAL
Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib - FOTO

İyulun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.

 

Modern.az xəbər verir ki, reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını,  avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib. 

 

Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov  respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin iyulun 20-dək uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.

 

Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər. 

 

Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb. 

 

Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Minsk qrupunun həmsədri ola bilərmi? - MÖVQE 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06 Prezident 16 universitetə rektor TƏYİN ETDİ 14 Avqust 2020, 09:00 Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri İtaliya mətbuatında 14 Avqust 2020, 08:57 Erkən ölümü gözlərdən bilmək olur 14 Avqust 2020, 08:47 Müəllimlərin işə qəbulu BAŞLADI 14 Avqust 2020, 08:33 Lənkəranda aviobomba tapıldı 14 Avqust 2020, 08:24