Arxiv
3 İyul 2020, 15:12 | DÜNYA
Sərt karantin rejimini bərpa edən ÖLKƏLƏR

Dünyada koronavirusa yoluxma halları yüksək səviyyədə qalmaqda davam edir.

 

Modern.az xəbər verir ki, ötən sutka ərzində virusa yoluxanların sayı 178,9 min nəfərə çatıb.

 

Karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artması əksər ölkələrdə müşahidə olunur. Belə ki, iyulun 5-də Qazaxıstan ərazisində qadağalar yenidən qaytarılır. Bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev açıqlama verib.

 

“Mayın 11-də məhdudiyyətlər elan olunandan bəri koronavirusa yoluxma halları 7 dəfə artıb. İyulda regionlarda avtobus hərəkəti, idman, konsert və s. tədbirlər qadağan olunacaq”.

 

İsrail də iyul ayında sutkada rekord yoluxma hallarının müşahidə olunduğunu açıqlayıb. Sutkalıq yoluxma 868 nəfərə çatıb. İsrail İnfeksion Xəstəliklər Cəmiyyətinin sədri Miri Vaynberger situasiya üzərində nəzarəti itirə biləcəklərini söyləyib. Ölkənin səhiyyə naziri Yuli Edelşteyn ikinci dalğanın gəlişindən xəbər verib.
 

“Biz ikinci dalğanın astanasındayıq. Təcili yeni məhdudiyyətlər tətbiq etməliyik. Bu məhdudiyyətlər görüşlərə, toy mərasimlərinə və müqəddəs yerlərin ziyarət olunmasına aid olunmalıdır”.

 

Pararlel olaraq, məhdudiyyətlərin ləğv olunduğu Almaniyada mayın sonunda minimuma düşən COVID-19-a yoluxma iyulun əvvəllərində yenidən artmağa başlayıb. Buna görə federal ərazilər arasında əlaqələr kəsiləcək. Almaniyada yoluxma sayı 200-ə yaxınlaşır, 9 min nəfər isə vəfat edib.

 

İsveçrədə koronaviruslu xəstənin Sürix şəhərində gecə klublarını ziyarət edən zaman xeyli insanı yoluxdurması da problemlərə yol açıb. Belə ki, iyulun 6-dan ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq.

 

Koronavirusla mübarizədə fərqli strategiyalar seçən İran, Yaponiya və Səudiyyə Ərəbistanında da yoluxmalar artır. May ayında izolyasiya tədbirlərinin yumşaldığı İranda iyundan başlayaraq sutkalıq 3 min yoluxma qeydə alınır. Hazırda ölkədə 233 min yoluxma, 11 min ölüm qeydə alınıb. İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari hazırda bir neçə vilayətdə virusun pik səviyyəyə çatdığını, ölkədə koronavirusun birinci dalğasının davam etdiyini deyib.

 

Yaponiyanın paytaxtı Tokioda isə karantin tədbirləri öncə sərtləşdirilsə də, sonradan yumlaşdıldı. Hazırda yoluxma sayının artmasına görə növbəti dəfə sərtləşmə addımları atılır. İyulun 2-də may ayından bəri ən yüksək göstərici – 107 yoluxma qeydə alınıb. Tokio qubernatoru Yuriko Koike vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.

 

London Universitet Kollecinin reanimatologiya kafedrasının rəhbəri Xyu Montqomeri isə karantinin qəfil yumşaldılmasını yolverilməz sayır.

 

“Karantin tədbirlərinin qəfil ləğv olunması yeni  yoluxmalara səbəb olur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Valideynlər övladları üçün doğru məktəbi necə seçməlidir?                  14 May 2021, 11:06 Yaponiyada zəlzələ olub 14 May 2021, 10:44 Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42 Hacıbala Abutalıbova - Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ? 13 May 2021, 21:34 Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu 13 May 2021, 21:28 ATƏT sədri ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi 13 May 2021, 21:15 Bir ölkəyə görə bütün dünya məhv ola bilər 13 May 2021, 21:02