Arxiv
3 İyul 2020, 17:44 | HADİSƏ
SMS icazə sistemində YENİLİK edildi

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Belə ki, 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkan cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu, eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir.

icaze.e-gov.az portalında isə 5 iyul tarixinə qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq.

Fəaliyyətinə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə icazə verilən sahələr üzrə çalışan əməkdaşların isə 20 iyul tarixinədək icazələrini işəgötürənlər özləri nəzərdə tutduqları qrafikə uyğun bu gündən aktivləşdirə  biləcəklər.

Bundan başqa, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin icazə.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.

Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icazə.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir. Əgər əməkdaşın aktiv icazəsi yoxdursa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq “Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Qeyd olunub ki, “İcazələrin Alınması və Monitorinqi Sistemi” “TƏBİB”in elektron sisteminə inteqrasiya olunduğundan koronavirusa yoluxmuş vətəndaşlar 8103 SMS icazə sistemindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilmirlər. Həmin vətəndaşlar sağaldıqdan və karantin müddəti bitdikdən sonra onun icazəsinə sistem üzərindən qoyulmuş qadağa aradan qaldırılır.

"İcazələrin Alınması və Monitorinqi Sistemi” Dövlət Sərhəd Xidmətinin elektron sisteminə də inteqrasiya olunub. Digər ölkələrdən Azərbaycana gələnlər nəzərdə tutulan karantin müddəti bitənə qədər 8103 SMS xidmətindən və “E-Təbib” mobil tətbiqindən icazə ala bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ətraflı məlumat üçün 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Elə bilirsiniz, onları başlı-başına buraxmışıq?” – Siyavuş Novruzov YAP-çı gənclərdən DANIŞDI 12 Avqust 2020, 11:06 Ermənistanda daha 201 nəfər koronavirusa yoluxdu 12 Avqust 2020, 11:00 Türkiyədəki zəlzələ Azərbaycanda hiss olundu 12 Avqust 2020, 10:54 Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı 12 Avqust 2020, 10:48 Həyətinda narkotik vasitələr becərən şəxs tutuldu - FOTO 12 Avqust 2020, 10:43 Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi 12 Avqust 2020, 10:38 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı gətirilir 12 Avqust 2020, 10:32 Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39