Modern.az

Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi

Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi

3 İyul 2020, 18:26

Zərərçəkmiş sahələrə bir çox dəstəklər göstərildi.Tədbirlər Planına uyğun olaraq, növbəti mərhələdə dəstək proqramı davam etdiriləcək:

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümov qeyd edib ki, əvvəl müəyyən edilmiş siyahıya əlavələr edilməsi planlaşdırılır:

 

"Hazırda bunun üzərində iş gedir".

Ş.Mövsümov deyib ki, işsizliyin qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər məhz iqtisadi geriləmənin qarşısını almağa xidmət edir.

“İnsanlara verilən 190 manatlıq birdəfəlik ödənişlər məhz işsiz qalmış şəxslərə dəstək məqsədi daşıyır Hazırda inflyasiya səviyyəsi stabildir. Ümumiyyətlə ilin sonuna invesatisiya xərclərində hər hansı problem gözlənilmir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir