Modern.az

Uşaqları 26 il əvvəl dəyişik düşən ailələr iki milyon avro aldılar

Uşaqları 26 il əvvəl dəyişik düşən ailələr iki milyon avro aldılar

5 İyul 2020, 12:05

Uşaqları 20 il əvvəl doğum evində dəyişik düşən iki fransız ailəsi dəymiş zərər qismində 1,88 milyon avro alıblar. Bu barədə Guardian qəzeti məlumat yayıb.

 

Modern.az Vesti.ru saytına istinadla xəbər verir ki, ailələr əvvəlcə tibb işçilərindən 12 milyon avro tələb ediblər. Lakin hakimiyyət orqanları bu məbləği altı dəfə azaltmağı qərara alıblar.

Manon və Melani adlı qız uşaqları 1994-cü ildə doğulublar. Manon 10 yaşına çatanda atası qızın ona əsla oxşamadığını görüb genetik ekspertiza aparılmasında israr edib. DNK analizi təsdiqləyib ki, həmin kişi uşağın bioloji atası deyil. Həkimlər, həmçinin onun xanımının da Manonun bioloji anası olmadığını müəyyənləşdiriblər.

 

Şoka düşmüş ər-arvad məsələnin nə yerdə olduğunu anlayaraq qızın həqiqi valideynlərini axtarmağa başlayıblar. Belə məlum olub ki, o vaxt həkimlər doğuşdan sonra fizioloji sarılığa yoluxmuş iki qızı və bir oğlanı eyni boksa qoyublar. Bu zaman qızlar dəyişik düşüb.

 

Bundan xəbər tutan valideynlər Melani adlı qızın ailəsini tapa biliblər. Beləliklə, Melani doğulduqdan yalnız 10 il sonra əsl valideynləri ilə tanış olub.

 

Baş verən mənzərəni aydınlaşdıran ailələr Kann klinikasının iki mama-ginekoloquna, iki pediatr və tibb bacısına qarşı məhkəmə iddiası qaldırıblar. Manonun ailəsi kompensasiya qismində 5,4 milyon, Melaninin ailəsi isə 6,9 milyon avro istəyib. Amma məhkəmə bu məbləği həddən artıq çox hesab edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı