Arxiv
6 İyul 2020, 13:55 | MEDİA
“Media könüllüləri -145” - regionun ən böyük media platformasına start verildi  

Milli Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı Parlament Jurnalistlər Birliyinin keçirdiyi silsilə tədbirlər çərçivəsində “Media könüllüləri -145” layihəsinin icrasına başlanılıb.

 

Modern.az xəbər verir ki, layihə Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi çərçivəsində həyata keçirilir.
“Media könüllüləri -145” in iştirakçıları, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrindən ibarət 145 könüllünün adı məlumdur. Fakültənin I, II və III kurs tələbələri könüllü kimi qeydiyyata alınıblar.

 

“Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. PJB-dən verilən məlumata görə, layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti ilə birgə icra olunacaq bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir. Media Könüllüləri layihəsinin iştirakçılarının xüsusi fəallığı ilə fərqlənənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin beynəlxalq təmsilçiliyi dövlət başçısının media qarşısında qoyduğu başlıca vəzifələrdən biridir. Bu gün Azərbaycanın maraq və mənafelərini müdafiə etmək, beynəlxalq mövqeyimizin güclənməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı haqq səsimizi dünyaya çatdırmaq üçün xaricdə fəaliyyət göstərəcək azərbaycanlı jurnalistlərə böyük zərurət var. Məhz bu kontekstdən çıxış edərək, Parlament Jurnalistlər Birliyi gələcək jurnalistlərin bu istiqamətdə formalaşması üçün belə bir layihəyə start verib.
Azərbaycanlı jurnalist, PJB rəhbəri Elşad Eyvazlının sədr müavini olduğu Qlobal Jurnalistlər Şurasının imkanlarından istifadə edilərək media könüllülərinə xarici təcrübə qazanmaq imkanı yaradılacaq.

 

Bundan başqa “Media Könüllüləri Təşkilatı” üzvləri Azərbaycanda fəaliyyət göstərən media qurumlarda təcrübə keçmək, işlə təmin olunmaq imkanı da əldə edəcək. Artıq bununla bağlı media rəhbərləri ilə görüşlərə start verilib. Gələcək jurnalistlərin həm ixtisaslaşma məsələləri ilə bağlı onlayn treninq təşkil olunacaq, dünyanın ən tanınmış jurnalistləri bu treninqlərdə iştirak edəcəklər.

 

Könüllülər həm PJB-nin, həm Bakı Dövlət Universitetinin, həm də Qlobal Jurnalistlər Şurasının sertifikatlarını alacaqlar.

 

Xüsusi fərqlənənlərə daha geniş imkanlar açılacaq. Burada məqsəd həm də Azərbaycanda könüllülük hərəkatına dəstək vermək, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimai-siyasi həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən gün cinayət törədən 47 nəfər saxlanıldı 28 Yanvar 2021, 09:43 Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27