Modern.az

Prezident “Fairmont” hotelində karantin rejiminin pozulmasından danışdı - VİDEO

Prezident “Fairmont” hotelində karantin rejiminin pozulmasından danışdı - VİDEO

Ölkə

6 İyul 2020, 20:56

"Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir".

 

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

 

Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb:

 

"Amma biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü