Modern.az

AMEA-da xüsusi şöbəsinin rəisi vəfat edib

AMEA-da xüsusi şöbəsinin rəisi vəfat edib

7 İyul 2020, 13:50

Uzun illər AMEA-nın Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, AMEA-nın mətbuat xidmətinin məlumatına görə, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olub. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il məsuliyyətlə çalışıb. Təhlükəsizlik orqanları sıralarında fəaliyyət göstərdiyi zaman Azərbaycan Respublikasının milli təhlükəsizliyinin qorunmasında misilsiz əməyi olub.

O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərib. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olub, peşəkar fəaliyyətinə görə bir neçə dəfə medal və Fəxri fərmana layiq görülüb.

C.Bəylərov “Alyans” Veteranlar Birliyinin üzvü kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edib, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayıb.

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...