Modern.az

Şavkat Mirziyoyev Cənubi Qafqaza gəlir

Şavkat Mirziyoyev Cənubi Qafqaza gəlir

Dünya

1 İyul 2026, 15:14

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-3-də Gürcüstana dövlət səfəri edəcək.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfər çərçivəsində Tbilisidə Özbəkistan liderinin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri nəzərdə tutulub.

Tərəflər arasında keçiriləcək danışıqlarda siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də sənaye, energetika, logistika və informasiya texnologiyaları sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə olunacaq.

Səfərin yekununda iki ölkə arasında əməkdaşlığın inkişafına yönəlmiş dövlətlərarası sazişlər paketinin imzalanacağı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...