Modern.az

Rusiyalı oğlan sumqayıtlı atasını axtarır - FOTO

Rusiyalı oğlan sumqayıtlı atasını axtarır - FOTO

8 İyul 2020, 16:55

Rusiya vətəndaşı Afiz Radionov azərbaycanlı atasını axtarır.

 

Modern.az xəbər verir ki, Leninqrad vilayətinin Qatçina şəhərində yaşayan Afiz Radionov (1990-cı il 21 iyun təvəllüd) atası Hafiz Mürsəlovu axtarır.

“Atam Hafiz Mürsəlov 1969-cu ildə Sumqayıtda anadan olub. 1989-cu ildə Leninqrad vilayətinin Qatçin rayonunda yerləşən Vayyalova kəndində hərbi xidmət keçib. Hərbi xidməti bitirdikdən sonra Dağıstana getməyi düşünürdü. Barəsində bildiyim bunlardır. Xahiş edirəm, tanıyanlar xəbər etsin”- deyə Afiz Radionov yazıb.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?