Arxiv
9 İyul 2020, 20:53 | AKTUAL
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib

Bu gün Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupun ilk onlayn görüşü keçirilib.

Modern.az Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən İşçi Qrup Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransın Bəyannaməsinin müvafiq bəndinə əsasən təsis edilib. O zaman Qrupa Qoşulmama Hərəkatı üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılıb.

Görüş zamanı İşçi Qrupun sədri qismində Azərbaycan nümayəndə heyəti tərəfindən Təmas Qrupunun Zirvə Görüşündən ötən müddət ərzində İşçi Qrupun formalaşdırılması və QH üzv dövlətlərinin ehtiyacları ilə bağlı məlumat bazasının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verilib və hazırlanmış məlumat bazası iştirakçılara nümayiş etdirilib.

Görüşdə Qoşulmama Hərəkatına üzv olan bir çox dövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş Direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro iştirak ediblər.

ÜST nümayəndələri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq səylərə, o cümlədən ÜST-ün fəaliyyətinə verdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edib, ölkə başçısının təşəbbüsü ilə təsis edilmiş hazırkı İşçi Qrupun fəaliyyətinə dəstək bildiriblər. ÜST nümayəndələri, həmçinin QH sədri qismində Azərbaycan tərəfindən ÜST-ə təqdim olunmuş müvafiq məlumatlar əsasında təşkilat tərəfindən QH üzv dövlətlərinə yardım göstərilməyə başladığını qeyd edib və bu istiqamətdə QH-nin İşçi Qrupu ilə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacaqlarını vurğulayıblar.

Daha sonra görüşdə iştirak edən QH üzv dövlətləri çıxış edərək Hərəkatın sədri qismində Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsində həyata keçirdiyi intensiv fəaliyyətə görə ölkəmizə təşəkkür edib və pandemiyaya qarşı mübarizə sahəsində öz ölkələrində görülən işlər barədə məlumat veriblər.

Görüşün yekununda İşçi Qrupun fəaliyyəti ilə bağlı növbəti addımlar planlaşdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53 Bakı metrosu 31 avqustadək bağlı qalacaq - RƏSMİ 3 Avqust 2020, 17:49 Yaqut Qarayeva: “Bütün profilaktik tədbirlərə riayət etsək, payızda...” 3 Avqust 2020, 17:44 İmişlidəki göllərdən Baş Muğan kanalına su vurulmasına başlanılıb - FOTO 3 Avqust 2020, 17:36 Vətəndaşların çimərliyə getməsi üçün xüsusi icazə tələb olunmur – Operativ Qərargah 3 Avqust 2020, 17:33 “ASAN xidmət” çimərliklərə getməyin qaydalarını ELAN ETDİ 3 Avqust 2020, 17:32 “ASAN xidmət” sədri: hər gün 770 min şəxs SMS icazədən istifadə edirdi 3 Avqust 2020, 17:29 Virusun yarandığı Uhandan Azərbaycana ekspert qrupu gələcək 3 Avqust 2020, 17:24 Azərbaycan koronavirusa qarşı vaksinlərlə bağlı SEÇİM EDİR 3 Avqust 2020, 17:22 Rayonlara gediş-gəliş bərpa olacaq? - Operativ Qərargahdan AÇIQLAMA 3 Avqust 2020, 17:19 Prezidentin köməkçisi: “Yumşalmaya tədricən getməliyik 3 Avqust 2020, 17:15