Modern.az

Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikincidir

Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikincidir

10 İyul 2020, 20:18

Ermənistan hər milyon nəfər üzrə koronavirusdan ölüm sayına görə dünyada ikinci yerdədir.

Modern.az  xəbər verir ki, bu ölkə COVID-19-la bağlı başqa bir siyahıda da “liderlər” sırasındadır.

Belə ki, indiyə qədər hər milyon nəfər əhali üzrə ən çox yoluxma halı 5 ölkədə qeydə alınıb.

Həmin ölkələrin siyahısını təqdim edirik:

Qətər - hər milyon nəfərə 36 168;

Bəhreyn - hər milyon nəfərə 17 817;

Çili - hər milyon nəfərə 15,744;

Küveyt - hər milyon nəfərə 12 175;

Ermənistan - hər milyon nəfərə 11 872

Bu göstəriciyə, yəni hər milyon nəfər üzrə yoluxma sayına görə Ermənistan Çilidən sonra ikinci yerdədir.

Azərbaycanda hər milyon nəfər üzrə yoluxma sayı 2 200-dən bir qədər çoxdur.

Qeyd edək ki, indiyə qədər ölkəmizdə 22 990 nəfər koronavirusa yoluxub. Onlardan 14 093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8 605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi