Modern.az

“Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır

“Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır

Aktual

11 İyul 2020, 14:49

Rusiyanın “Roskosmos” kosmos korporasiyası İlon Mask və Rusiya ilə işləmək istəyən digər partnyorları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu haqda “Roskosmos”un əməkdaşı Sergey Krikalyov məlumat verib.  

“Biz öz proqramımızı hazırlayırıq. İlon Maskın bizimlə əməkdaşlıq edib-etməyəcəyi məlum deyil. Hazırda o, “NASA” ilə iş birliyi qurub. Belə baxanda, bu müstəqil şirkətdir və istədiyi qərarı verə bilər. Bizim qapılarımız isə bizimlə əməkdaşlıq etmək istəyən partnyorlarımızın üzünə həmişə açıqdır”, - deyə Krikalyov bildirib.

Bundan əlavə “Roskosmos”un əməkdaşı qeyd edib ki, “Crew Dragon” gəmisinin kosmosa buraxılması Rusiya üçün riskləri ciddi şəkildə azaltmaq, insanların çatdrılması üçün əlavə imkanlar yaratmaq və proqramın etibarlılığını artırmaq deməkdir. O, həmçinin bu yaxınlarda Rusiyanın “Soyuz” kosmik gəmisinin daha geniş imkanlara və dəqiqliyə malik yeni “Soyuz MC” modifikasiyasının hazırlanmasının başa çatdırdığını vurğulayıb.

 

Xatırladaq ki, son 9 il ərzində ekipajlar Beynəlxalq Kosmik Stansiyaya yalnız Rusiyanın “Soyuz” gəmisi ilə göndərilirdi.      

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?