Modern.az

Baydendən Ərdoğana çağırış

Baydendən Ərdoğana çağırış

11 İyul 2020, 21:56

ABŞ prezidentliyinə namizəd Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Aya Sofya ilə bağlı qərarı ləğv etməsi üçün çağırış edib.

Modern.az xəbər verir ki, bununla bağlı bəyanat yayan Bayden Aya Sofyanın məscidə çevrilməsindən təəssüf hissi keçirdiyini bildirib.

O, Ərdoğandan bu qərarı ləğv etməyi və Aya Sofyanın muzey statusunda qalmasını, hər kəsin üçün bərabər hüquqlu girişin təmin edilməsini tələb edib:

Bayden onu da bildirib ki, gözəl memarlığı və bir çoxları üçün dəyərli yer olan Aya Sofya 85 il əvvəl muzeyə çevrilməsindən sonra bütün dünyadan insanların ziyarət və dua etmək imkanı olduğu məkan olub.

Qeyd edək ki, ötən gün Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofya kilsəsinin (Aya Sofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib, bunun ardınca isə Ərdoğan Aya Sofyanın ibadətə açıldığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi