Arxiv
13 İyul 2020, 11:24 | HADİSƏ
Milli Qəhrəmanlardan cəbhədəki olaya reaksiya: “Qanı qanla yumaq lazımdır!”

İyulun 12-13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ordusunun artilleriya və diversiya qruplarından istifadə etməklə törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub, 4 əsgərimiz isə yaralanıb.


Baş verən təxribatla bağlı Azərbaycanın Milli Qəhrəmanları Modern.az-a danışıblar.

 

Milli Qəhrəman Ehtiram Əliyev ermənilərin bu cür təxribata əl atmasının qorxudan irəli gəldiyini bildirib:

 

"Bütün məlumatları indi ancaq mətbuatdan oxuya bilirəm, orda olan yoldaşlarla əlaqə saxlamaq mümkün deyil. Ermənilər illərdir ki, bu cür təxribatlara əl atır. Artıq bu son məqamdır, torpaqlarımızı işğaldan azad etmək vaxı gəlib çatıb. Ötən gün Tovuz camaatının da ayağa qalxması onu göstərdi ki, xalq döyüşə hazırdır. Ali baş komandan təlimat versə, mən də öndə gedənlərdən biri olaram. Müharibə olmasa,  biz gələcək nəsillərə bu boyda dərd qoyub gedəcəyik. Şəhid olan gəncin 18 yaşı var. Bu günün 18 yaşlı gənci ilə bizim vaxtların 18 yaşlı gənci arasında fərq çoxdur.

Bizim kimi keçmiş döyüşçülərin hamısı hazırdır ki, bu dəqiqə ön cəbhədə vuruşsun. Ermənilər qorxularından bu cür təxribatlar törədir ki, varlığını sübuta yetirsinlər. Erməni saytlarının hamısını izləyirəm. İtkiləri barədə məlumat verməyiblər. Amma məlum məsələdir ki, axşamdan bu yana onlar tərəfdən də kifayət qədər itki olub. Ermənistan Müdafiə Nazirliyi məlumat yayır ki, itkiləri yoxdur, guya, Azərbaycanın yüksək təpələrini alıblar. Amma bütün bunlar sadəcə xalqı aldatmaq üçündür. Mən 6 il döyüşdə olmuşam, artıq başımı qaldırıb gəzə bilmirəm. Lazım gəlsə, Vətən yolunda ölərək torpaqlarımızı işağldan azad etməliyik".  

 

Milli Qəhrəman Vahid Quliyev təxribatın ermənilərin ölkəni bürüyən böhrandan diqqəti yayındırmaq üçün törədildiyini deyir:

"Emənistanda indi koronavirisa yoluxanlar baş alıb gedir, ölkə idarəolunmaz böhran vəziyyətindədir. Bütün bu məsələlərdən diqqəti yayındırmaq üçün onlar məhz belə təxribatlara əl atıb, xalqın diqqətini yayındırmağa çalışırlar. Amma nə qədər təxribata əl atsalar da, hamı bilir ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və Ermənistan gec-tez məğlub olacaq. Artıq 90-cı illərdəki hadisələr baş verə bilməz. Ermənistan axşam saatlarından layiqli cavabını alır və yenə təxribata əl atsa, lazımı cavabı alacaq".

 

Milli Qəhrəmanı Maşallah Abdullayev hamını bir olmağa çağırıb:

"Ermənilər tarixin müxtəlif mərhələrində həmişə bizə qarşı təxribatlar törətməklə məşğul olublar. Artıq dayanıb-durmaq vaxtı deyil. Hamının bir olub döyüşə getməyinin zamanıdır. Çünki belə görünür ki, ermənilər bizdən əl çəkən deyillər. Qanı qanla yumaq lazımdır. Anadan əmdiyimiz süd bizə halal olmaz, əgər o torpaqları düşmənə təslim etsək.

İndi ermənilər qorxularından bu cür təxribatlara əl atırlar, çünki bilirlər ki, Azərbaycan Ordusu istənilən halda onlardan güclüdür. Qadın-kişi, müxalifət-iqtidar hamı birləşib bu torpağı qorumalı, döyüşə getməliyik".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53