Modern.az

Cəlilabadda yas mərasimi keçirənlər CƏRİMƏLƏNDİ

Cəlilabadda yas mərasimi keçirənlər CƏRİMƏLƏNDİ

Aktual

13 İyul 2020, 17:53

Cəlilabad Rayon Polis Şöbəsinə rayon sakini olan R.İmanovun dünyasını dəyişmiş qohumuna Təzəkənd kəndində il mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və yas mərasiminin keçirilməsinin və insanların ora toplaşmasının qarşısı alınıb.

 

Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

 

Karantin qaydalarını pozan R.İmanov və həmin məclisdə iştirak edən daha bir nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı