Arxiv
14 İyul 2020, 16:58 |
Ermənilərə qan udduran GENERALIMIZ

Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonun sərhədyanı kəndlərini artilleriya atəşinə tutması nəticəsində “N” saylı hərbi hissənin qərargah rəisi, general-mayor Polad İsrayıl oğlu Həşimov şəhid olub. Modern.az saytı xəbər verir ki, Lent.az şəhid generalın bioqrafiyasını  araşdırıb.


Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, akademiyanı isə Türkiyədə oxuyub. İki oğlu və bir qızı var. Böyük övladı hazırda 10-cu sinifdə oxuyur.


O, 2003-cü ildə mayor rütbəsində olarkən mərhum prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə " medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə Polad Həşimov artıq polkovnik-leytenant rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb. 2014-cü ildə, Üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, İlham Əliyevin sərəncamı ilə artıq, II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. 


24 iyun 2019-cu ildə prezidentin sərəncamı ilə Polad Həşimova general-mayor rütbəsi verilib.


Əslən Qəbələnin Vəndam kəndindən olan generalı yaxından tanıyanların sözlərinə görə, şəhidimiz Ermənistanla sərhəd rayonlarımızda yaşayan sakinlərin daim bir döyüşçü kimi arxasında durub. Belə ki, mərhum qərargah rəisi hətta erməni mövqelərindən açıq görünən otlaq sahələrində mal-qarasını otaran kəndlilərin yanında olub. Onların rahat, sərbəst həyat şəraitinə şəxsən imkanlar yaradıb. Həmkəndlisi onun barəsində bunları dedi:


"Ermənilərə qan uddurub, çox cəsur idi. Ermənilər onu öldürmək üçün çoxdan fürsət axtarırdılar. Bütün sərhəd rayonunda yaşayan o kəndçilər onun başına and içirdi. Tanıyanlar hamısı bilir ki, insanlara kömək üçün çox şeydən vaz keçib. İndi Qəbələdə, əsas da Vəndamda hamı yasa batıb!"


General-mayorun əsgəri olmuş Ramil Cabbarov özünün “Facebook” profilində komandirin şəhid olamsı ilə bağlı hisslərini bölüşüb:


“Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə "öncə vətən!" kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Təhsil haqqında” qanuna dəyişiklik edildi 25 Noyabr 2020, 21:03 İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı 25 Noyabr 2020, 20:55 İcra başçısı özünə yeni müavin təyin etdi 25 Noyabr 2020, 20:46 Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:38 “France-24” Kəlbəcər haqqında reportaj hazırladı - FOTOLAR 25 Noyabr 2020, 20:30 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?