Modern.az

Azərbaycanda daha 559 yoluxma - 7 ölüm

Azərbaycanda daha 559 yoluxma - 7 ölüm

Hadisə

15 İyul 2020, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür