Arxiv
15 İyul 2020, 16:46 | AKTUAL
Azərbaycan polisinə təşəkkür  

Dünən axşam Bakıda ümummilli həmrəylik nümayiş olundu. İşğalla barışmayan və vətən müharibəsində dövlətə hər cür dəstək göstərməyə hazır olan minlərlə vətənpərvərlər küçə yürüşləri edərək ordumuza və dövlətimizə dəstək nümayiş elətdirdi. Bu olduqca qürurverici idi və bir daha xalq- Ali Baş Komandan- Azərbaycan ordusu birliyinin bariz nümunəsi idi. Lakin içimdə bir narahatlıq vardı. Sanki hiss edirdim ki, bu döyüşmək əzmi ilə çağlayan,  dövlətinə, prezidentinə sadiqlik,  həmrəylik nümayiş etdirən bu gənc kütlənin içərisində müəyyən təxribatçı qüvvələr ola bilər sualı məni narahat edirdi.

 

Təəssüf ki, narahatlığım yürüş və mitinq başa çatdıqdan sonra azacıq da olsa özünü doğrultdu. Heç demə içimizdəki düşmənlər insanların küçəyə çıxmasını, mitinq keçirtməyini hansı məqsədlə olur-olsun onlar üçün fərqi olmadan bu məqamı gözləyirdilər. Lakin pis  niyyətli, radikal meylli  insanlar kütlənin  bir hissəsinin dağılışmasının mane olaraq  onları parlament binasının qarşısında qalmağa, sonra həmin kütləni parlamentin binasına zorla daxil olmağa və dövlət əleyhinə çağırışlar etməyə təhrik etdilər. Bu məqsədlərinə azacıq da olsa nail oldular. Başqa radikal qüvvələr isə iğtişaş yaratmağa cəhdlər edir, vətəndaşları polisə qarşı güc tətbiq etməyə çağırırdılar.

 

Biz bu cür iştişaşların, hərc-mərcliyin Azərbaycan tarixində bir neçə dəfə baş verdiyinin şahidi olmuşuq. Onun da şahidi olmuşuq ki, belə iğtişaşlardan sonra Azərbaycan dövləti hansı çətinliklərlə üz-üzə qalıb. Odur ki nəyin bahasına olursa-olsun hərc-mərcliyə, iğtişaların baş verməsinə imkan vermək olmaz. Bu gün hamı Azərbaycan ordusu  Ali Baş Komandanla birlik nümayiş etdirdiyi bir vaxtda dağıdıcı qüvvələr öz çirkin niyyətləti ilə sərhədlərimizə hücuma keçmiş ermənilərə dəstək  verməklə məşğul olmağa can atırdılar. Çox  yaxşı ki onların bu arzuları ürəklərində qaldı. Çox qısa zaman kəsiyində Azərbaycan polisi və digər  güc strukturları bu ixtişaşı yatırda bildi.

 

Qeyd etmək  istəyirəm ki, yürüş başladığı andan ixtişaş  törədilən ana qədər Azərbaycan polisi olduqca təmkinli, peşəkərcasına, səbrlə bu aksiyanı müşaiət etdi. Lakin aksiya dağıldıqdan sonra müəyyən qüvvələrin təxribattörədici əməllərinə qarşı polis “dağılışın” təklifləri verməklə bu emosional insanları sakitləşdirməyə, son ana qədər təmkin göstərməyə çalışdılar. Radikalların isə qanunazidd əməllərinə qarşı olduqca çevik və operativ reaksiya verərək onları qısa zaman kəsiyində hadisə yerindən uzaqlaşdırdılar. Müəyyən təxribatçı şəxsləri saxladılar. Hazırki durumda qəlbimizlə bun gün Azərbaycan ordusunun yanında olduğumuz zamanda ölkə daxilində iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmağa yönələn hərəkətlər yolverilməzdir.   Azərbaycan polisinə təşəkkür edirəm ki, dünən baş verə biləcək bu cür təxribatçı hərəkətlərin qarşısını olduqca çevik və professionallıqla aldılar. Bu cür hərəkətlərə yol vermək olmaz. Lazım gələrsə Ali Baş Komandanın əmri və çağırışı ilə hamılıqla  sərhəddə və səngərdə olmağa hazırıq.

 

Bir nüansı da qeyd etmək istəyirəm ki, 4 aydan çoxdur küçələrdə havaların  soyuq və isti olmasına baxmayaraq, təhlükəsizliyimizi qoruyan  polis əməkdaşlarına radikallar tərəfindən müqavimət göstərmək, onlara qarşı qanunazidd hərəkətlərə çağırışlar etmək bizi istəməyən yalnızdüşmənlərin maraqlarına xidmət edir.

 

Çingiz Qənizadə Demokratiya və İnsan Haqları komitəsinin sədri, hüquq üzrə fıəlsəfə doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava proqnozu 14 Avqust 2020, 13:08 ““Səhər” yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər”  - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54