Modern.az

3000-dən çox namizəd müəllimlərin işə qəbulunda iştirak etmək istəyir

3000-dən çox namizəd müəllimlərin işə qəbulunda iştirak etmək istəyir

Aktual

16 İyul 2020, 14:34

“Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək üçün 56 minə yaxın müraciət olmuşdu. Onlardan 42 mini test imtahanında iştirak etdi. Bu qədər namizədin bir yerə toplanması indiki şəraitdə uyğun olmazdı”.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

 

Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq müsabiqənin keçirilməməsi fikri də səsləndirilib: “Amma düşündük ki, imtahanların keçirilməməsi qərarı ali və orta təhsil ixtisas müəssisələrini bitirən minlərlə insanın işsiz qalması demək olar. Bu, önəmli məsələdir. Bütün deyilənləri nəzərə alaraq, tələb və tövsiyələrə uyğun müsabiqənin keçirilməsi qərarı verildi. Bakıda yox, ölkənin müxtəlif şəhər və rayonlarında həm iştirakçı sayını azaltmaq, həm də test imtahanı seansının vaxtını azaltmaqla imtahan keçiriləcək. Artıq texniki təchizat, həmin mərkəzlərin yaradılması istiqamətində bütün tədbirlər görülür. Bu gündən etibarən MİQ-in ilkin mərhələsinə start verilib. Hazırda təxminən 3000-dən çox namizəd qeydiyyatdan keçib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!