Arxiv
16 İyul 2020, 17:22 | AKTUAL
Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlarla bağlı etiraz bəyanatı yayıb.

 

Modern.az-a daxil olan bəyanatda bildirilir ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqeləri atəşə tutulur: "Düşmənin bu təxribatına qarşı Milli Ordumuz böyük rəşadət nümayiş etdirərək sarsıcıdı cavab vermiş, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilmişdir. Ali Baş Komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin maddi-texniki gücü növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki gücünü və üstünlüyünü şərtləndirib.

 

Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları qəhrəmancasına şəhid olmuşlar. Bu, bir daha hər bir Azərbaycan əsgərinin hər zaman vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bütün xalqımız növbəti dəfə əsgəri ilə fəxr etdi, sonsuz dərəcədə qürurlanmış oldu.

 

Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin!

 

Azərbaycanlıların ən böyük diaspora təşkilatlarından biri olaraq Fransa Azərbaycanlılarının Koordinasiya Şurası cəbhə xəttində və sərhəddə baş vermiş təxribatla bağlı aşağıdakıları bəyan edir:

 

1. Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsnin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün qiymət verməyə, Ermənistanı təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək qərarlar almağa çağırırıq,

2. Səngərdə mətanətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daima hazır olan ordumuza dəstək verir və həmrəylik ifadə edirik,

3. Ermənistanın ölkəmizə qarşı illərdir davam edən hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğunu bir daha vurğulayır və işğalın beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri, beynəlxalq ictimai xadimlər, xarici ölkələrin beyin mərkəzləri, qabaqcıl ali təhsil müəssisələrinin diqqətinə çatdırmaq üçün diaspora üzvlərini sosial şəbəkələrdə fəal olmağa və #KarabakhestAzerbaïdjan#Arrêtezagressionarménienne həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik.

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası olaraq dünyadakı bütün diaspora üzvlərini bu fəaliyyətə dəstək verməyə dəvət edirik!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeyib-içmək məclisinin fotolarını sosial şəbəkədə paylaşanlar cərimələndi 13 Avqust 2020, 10:50 “Lotu Quli”nin adamları həbs olundu - FOTO 13 Avqust 2020, 10:44 Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar... 13 Avqust 2020, 10:41 Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı 13 Avqust 2020, 10:36 TAP-ın tikintisinin 97 faizi başa çatıb 13 Avqust 2020, 10:31 Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib 13 Avqust 2020, 10:25 Sürücülərin nəzərinə - Bu yolda xətlənmə işləri aparılacaq   13 Avqust 2020, 10:20 Bakı üzrə yüksək bal toplayan məzunlar - FOTOLAR 13 Avqust 2020, 10:15 Təhsil naziri Rusiya səfiri ilə görüşüb 13 Avqust 2020, 10:09 Goranboyda kafe sahibi və müştərilər cərimələndi 13 Avqust 2020, 10:03 “Rusiyanın Talibanla əməkdaşlığının nəticəsi ağır olacaq” 13 Avqust 2020, 09:58 Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq 13 Avqust 2020, 09:55 Azərbaycanda zəlzələ olub 13 Avqust 2020, 09:50 Deputat: “Sabitlik dövlətimiz və xalqımız üçün gərəklidir” 13 Avqust 2020, 09:44 Ermənilər yenidən Tovuzun kəndlərini atəşə tutdular 13 Avqust 2020, 09:38 Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda - FOTO 13 Avqust 2020, 09:32 Dollar günə bu məzənnə ilə BAŞLADI 13 Avqust 2020, 09:26 Azərbaycan və Rusiya prezidentləri Tovuz döyüşlərini müzakirə etdi 13 Avqust 2020, 09:20 Neft yenidən ucuzlaşdı 13 Avqust 2020, 09:15 “Fənərbaxça” “Qarabağ”ın sabiq qapçısı ilə razılığa gəldi 13 Avqust 2020, 09:10 Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40