Modern.az

Azərbaycanlı səfir həyəcan təbili çaldı: ““Qana qan!” şüarını…”

Azərbaycanlı səfir həyəcan təbili çaldı: ““Qana qan!” şüarını…”

24 İyul 2020, 13:17

“Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Çox güman ki, öz əməlləridir.
Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı iri miqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.

Səfir deyib ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:

“Və bu fonda Los-Anceles, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.
Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin.
Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü.
Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.
Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?
Ayıq olun!
Bizim “Qana qan!” şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi