Arxiv
25 İyul 2020, 09:24 | QARABAĞ
Türkiyəli deputatlardan ÇAĞIRIŞ: “Ermənilər diqqəti Qarabağdan çəkmək istəyir, azərbaycanlılar təmkinli olsun”

Son günlər dünyanın bir sıra ölklərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri təxribat və belə desək açıq şəkildə hücumlar qardaş ölkə Türkiyə tərəfindən də birmənalı qarşılanmayıb.

Belə ki, Tovuz istiqamətində baş verən təxribatlar və bir neçə ölkədə ermənilərin vətəndaşlarımıza hücum çəkməsi ətrafında türkiyəli deputatlar Modern.az-a danışıb:

 

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Atilla Sertel ermənilərin son günlərdə törətdikləri təxribatın Türkiyədə dövlət səviyyəsində qaldırılıb müzakirə edilməsini istədiyini deyir:

“Azərbaycanlı qardaşlarımıza qarşı edilən hücum və göstərilən şiddəti ciddi şəkildə qınayıram. Qarabağ torpağının da işğal altında olduğu bir vaxtda ermənilərin yeni bir cəbhə açması böyük sıxıntılar yarada bilər və bu bizlərə qarşı haqsızlıqdır. Bu məsələdə ermənilərin cəsarət aldığı bir ölkə yaxud da ölkələrin olduğu qənaətindəyik. Bizim millət olaraq üzərimizə düşən ən böyük iş xüsusilə belə vaxtlarda Azərbaycanın yanında olmaqdır. Azərbaycanla Türkiyənin bir millət iki dövlət anlayışını əsas tutaraq baş verən son hadisələrin Türkiyə hökuməti tərəfindən problem kimi qaldırılmasını və müzakirə edilməsini istəyirəm. Hazırkı vəziyyət və bütün problemlər Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməsi ilə öz həllini tapmış olacaq. Burda ən böyük məsələ Rusiyanın üzərinə düşür. Belə ki, problemin həll olunmasına Rusiya tərəfindən müdaxilə olmalıdır və həmişə oduğu kimi yenə də Türkiyə Azərbaycanın yanında olacaq.

Dünyada yaşayan türklərə və azərbaycanlılara bildirmək istəyirəm ki, problemin həlli diplomatik yoldadır,  şiddətdə yox. Çünki şiddətdən şiddət yaranır və bunun da sonu yaxşı bitmir”.

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım erməni təxribatlarının əsl səbəbinin əslində diqqəti Qarabağ münaqişəsindən çəkindirmək olduğunu bildirib:

“Ermənilərin Belçika və ABŞ-da törətdikləri təxribatlar nə ilkdir, nə də son olacaq. Məlum olduğu kimi bir müddət əvvəl Tovuz istiqamətində təxribata əl atan ermənilər bu istiqamətə uğur əldə edə bilməyəcəklərini görüb lobbi fəaliyyətlərinin güclü təşkil olunduğu ABŞ-da türk və azərbaycanlılara qarşı hücum etməyə başladılar. Bütün baş verən hadisələr dünyanın gözü qarşısında olur, əldə canlı görüntülər də var. Dünyada haqq və hüquqdan bəhs edən ermənilərin demokratik ölkələrdə törətdikləri əməllər göz qarşısındadır. Bütün bunların bir səbəbi var, o da Qarabağ münaqişəsindən diqqəti çəkmək. Amma 1 milyon qaçqın öz torpağına, Qarabağa geri dönməlidir, bu heç bir halda istisna olan məsələ ola bilməz. Yalnız bundan sonra bütün Qafqaza barış və sülh gələ bilər. Amma aydın məsələdir ki, Ermənistan bölgədə sülh və əmin-amanlıq istəmir. Buna görə də müxtəlif ölkələrdə təxribata əl atmaqla özlərini günahkar olmaqlarına rəğmən haqlı çıxarmağa çalışırlar.

 

Təsadüfi deyil ki, ermənilər 1915-ci ildə türklərin onlara qarşı soyqırım törətdiklərini bu gün də Avropa parlamentində, beynəlxalq təşkilatlarda qbul etdirməyə çalışırlar. Lakin ermənilər bilməlidirlər ki, nə Türkiyə nə də Azərbaycan  30 il əvvəlki kimi deyil. Bizlər güclü və beynəlxalq aləmdə sözümüzü deyə biləcək dövlətlərik.  İnkişaf edən gəncliyimizlə bütün reallıqları dünyaya çatdırmağı bacaracağıq. Prezident İlham Əliyev və Prezident Ərdoğan arasında olan dostluq-qardaşlıq münasibətləri də bu cür danışmağımıza imkan verir. Ermənilər bu münasibəti, dostluğu hər formada korlamaq istəyib, bütün platformalarda bunun üçün çalışırlar. Amma bizim bu nifaq salma istəyinə, ermənilərin məkrli niyyətinə yol verməməyimiz lazımdır. Bizim tərəfimizdən gərəkli cavablar hər yöndə verilir və veriləcək də. Bütün məsələləri diqqətlə izləyirik və hər şeyə rəğmən səbrli davranmalı olduğumuz qənaətindəyəm”.

 

Deputat xarici ölkələrdə fəaliyyət göstərən Türkiyə və Azərbaycan diaspor əlaqələrinə də toxunub:

 

“Azərbaycan müstəqillik qazandıqdan sonra bir sıra böyük layihələrlə dünya miqyasında önə çıxıb. Dünyanın çox önəmli ölkələri ilə dialoqda olan Azərbaycan bütün millətlər tərəfindən bu gün qəbul edilməkdədir.

Paşinyan iqtidara gəldiyi vaxt xalqına rifah verməyə, insanları yoxsulluqdan qurtarmağına dair vədlər vermişdi. Amma o bunların heç birini gerçəkləşdirə bilmədi. İndi də bu cür çətin pandemiya dönəmində ölkə daxilində olan erməniləri hərəkətə gətirib Azərbaycanla sərhəddə təxribata əl atdı, dünyadakı erməniləri sivil insanlara qarşı yönəltdi. Bizim də təmkinlə bütün bu baş verənlərə cavab verməyimiz lazımdır. Yoxsa dava-dalaşla məsələni həll etmək istəyib, silaha sarılsaq uğurlu nəticə əldə edə bilməyəcəyik.

 

Azəbaycan diaspor fəaliyyətinə uzun müddətdir ki, başlamayıb, amma qısa zaman ərzində bu istiqamətdə böyük uğurlar qazanılıb deyə bilərik. Diasporla İş üzrə Dövlət komitəsi xarici ölkələrdəki Türk diaspor nümayəndələri və dostluq qrupları ilə sıx əlaqədədir və gələcəkdə də bu əlaqələrin daha da irəli getməsini gözləyirik”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17