Modern.az

363 yeni yoluxma, 622 sağalma, 8 ölüm

363 yeni yoluxma, 622 sağalma, 8 ölüm

Hadisə

29 İyul 2020, 17:01

Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.


COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 312 221nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6288 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!