Modern.az

Sivasda Azərbaycana dəstək aksiyası keçirildi

Sivasda Azərbaycana dəstək aksiyası keçirildi

29 İyul 2020, 22:30

Türkiyənin Sivas şəhərində “Səninləyik, Azərbaycan!” adlı Azərbaycana dəstək məqsədli aksiya keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Sivasdakı qeyri-hökumət təşkilatları, sivaslılar, Sivasda yaşayan azərbaycanlıların iştirakı, İyi Partiya Gənclər Təşkilatının dəstəyilə keçirilən tədbirdə bəyanat səsləndirilib.

 

Toplantı iştirakçıları beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əməl etməyən, əksinə, işğalçılığını davam etdirən Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində olan son təxribatlarını, dinc insanları hədəf almasını pisləyiblər.

 

“İmperialist güclərdən dəstək alan Ermənistan bu hücumlarının cavabını alır və yetərincə alacaq, Azərbaycana açılan hər atəş bizə açılır. İki dövlət, bir millət olduğumuz qardaş Azərbaycanın yanındayıq”, - deyə aksiya iştirakçıları bildiriblər.

 

Tədbirdə işğalçı Ermənistanı qınayan, Azərbaycana dəstək, Qarabağa azadlıq məqsədli şüarlar səsləndirilib. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...