Arxiv
30 İyul 2020, 14:58 | QARABAĞ
Paşinyanın növbəti YALANI...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya telekanalına (RBK) müsahibə verib. Ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra işğalçı ölkə rəhbərinin ilk müsahibələrindən birini, bəlkə də birincisini məhz Rusiya telekanalına verməsi anlaşılandır və bir sıra mətləblərə də aydınlıq gətirir. Ən başlıcası, Ermənistanın hərbi təxribatda güddüyü hədəflərdən bir qisminin üstünü açır.

Paşinyanın bu müsahibəsi bir daha ona dəlalət edir ki, qarşı tərəf ali siyasi rəhbərlik səviyyəsində belə ictimai fikrə, beynəlxalq auditoriyaya həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi təcrübəsindən imtina etməyib, bu cür işlərdə kifayət qədər səriştə və təcrübəyə malikdir.


Müsahibədə Paşinyanın öz dili ilə erməni təxribatının güddüyü hədəflər açıqlanıb:

  • 1. Münaqişə zonasına ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin “müşahidəçi” qüvvələrini yerləşdirmək.

  • 2. Dağlıq Qarabağda məskunlaşan erməni icmasının danışıqlar prosesində “müstəqil xalq” adı  altında təmsilçiliyini və iştirakını təmin etmək.

  • 3. Türkiyə ilə Rusiyanın maraqlarının regionda toqquşduğunu qabartmaqla hər iki dövlətin münasibətlərini kəskin və real nümaqişə həddinə çatdırmaq.

  • 4. Müasir dövrdə Ermənistan - Azərbaycan münaqişəsinin geosiyasi maraqlara və təhlükəsizliyə təhdid olduğunu vurğulamaqla, dünyanı münaqişənin hazırkı vəziyyəti ilə barışmağa, ən azı status-kvo vəziyyətində saxlamağa inandırmaq.

  • 5. Rusiyanın bu münaqişədə indiyədək tutduğu mövqedən, Ermənistanın yanından geri çəkilməsinin onun özü üçün təhlükəli olduğunu qabartmaq. Cənubi Qafqazda yalnız Ermənistanın Rusiya ilə müttəfiq olduğunu xüsusi vurğulamaqla təhdid etmək.

  • 6. Daxili auditoriyası üçün isə “Ermənistan ordusu güclüdür, Azərbaycan onunla güc dili ilə danışa bilməz” mesajını verməklə özünün “məğlubedilməz sərkərdə-hərbçi” imicini formalaşdırmaq və s...

  • Ermənistan rəhbəri tarixi vərdişlərinə sadiq qalaraq, yeni dezinformasiyalarla bu hədəflərini  əsaslandırmağa çalışdı. Bildirdi ki, uzun illər ərzində davam edən münaqişədə zaman-zaman hərbi toqquşmalar baş verib, atəşkəsin pozulmasında tərəflər bir-birini günahlandırıb. Növbəti yalanı ondan ibarət oldu ki, son təxribatı da guya Azərbaycan törədib. Uydurma arqumenti isə budur ki, ötən illər ərzində Azərbaycan hədə, güc, hərb ritorikasından əl çəkməyib.


    Eyni zamanda, iddia etdi ki, Qarabağda təmas xətti boyunca ermənilər tərəfindən video-müşahidə qurğuları yerləşdirilib. Ona görə də, həmin ərazidə hərbi toqquşmanı kimin başladığını müəyyən etmək mümkündür. Sərhədin Tovuz istiqamətində isə belə qurğuları yoxdur. Guya elə bu səbəbdən Azərbaycan hucuma Qarabağda deyil, Tovuz rayonundan başlayıb.


    Gələcəkdə atəşkəsin kim tərəfindən pozulduğunu ayırd etmək üçün,erməni tərəfi münaqişə və sərhəd bölgəsində ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin qüvvələrinin yerləşdirilməsində təkid edir, çıxış yolunu bunda görür. Lakin Paşinyan yalan ritorikasının arxasında gizlətməyə çalışdığı həqiqətlərin üzərindən sükutla keçdi. Əvvəla, o etiraf etmədi ki, Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır və işğal edildiyi rəsmi sənədlərdə təsdiq olunur. Digər tərəfdən, de-yure Azərbaycana aid olan ərazilərdə hansısa xarici qüvvənin yerləşdirilməsi beynəlxalq hüquq normaları baxımından  yalnız Azərbaycanın müstəsna səlahiyyətinə aid olan məsələdir. Az qala 30 il boyunca işğal faktı aradan qaldırılmayıbsa, sülh danışıqlarında Ermənistan konstruktiv mövqe ortaya qoymursa, məqsədi status-kvonu davam etdirib Qarabağda qeyri-qanunu məskunlaşma siyasətini reallaşdırmaqdırsa, Azərbaycan xalqından və dövlətindən hansı ritorikanı gözləyə bilər? Bu illər ərzində Azərbaycanın tutduğu mövqe belə olub ki, sülh danışıqları ədalətə xidmət etməyəcəksə, yalnız Ermənistanın marağına cavab verən status-kvo vəziyyəti davam etdiriləcəksə, Azərbaycan hansı yolla olursa-olsun, o cümlədən hərb yolu ilə torpaqlarını ışğaldan azad etmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüququn yalnız Azərbaycana deyil, bizim vəziyyətdə olan istənilən dövlətə tanıdığı haqdır. Əgər Paşinyan atəşkəsin pozulmamasında maraqlı və səmimidirsə, atəşkəsi pozmaqda həqiqətən kimin günahkar olduğunu dünyaya dəqiq göstərmək məqsədini güdürsə, buyursun, həmin video-müşahidə qurğularını Qarabağda - Azərbaycan ərazisində deyil, Ermənistan-Azərbaycan sərhədinin öz hissəsində quraşdırsın. Yaxud əgər havadarı icazə verərsə, Ermənistanda başqa bir dövlətin də hərbi kontingentini yerləşdirsin. Əgər icazə ala bilərsə… Onsuz da onun ərazisində xarici dövlətin hərbi bazası illərdir ki, iş başındadır.


    Dağlıq Qarabağda yaşayan erməni icmasının danışıqlarda tərəf kimi iştirakına gəldikdə isə, bu hiylə də yeni deyil. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində torpaqlarımızın işğal faktı təsdiq olunur və onların qeyd-şərtsiz azad edilməsi  işğalçıdan tələb olunur. Beynəlxalq müstəvidə Ermənistan münaqişədə tərəf, özü də işğalçı tərəf kimi tanınır. Bu səbəbdən danışıqlar məhz Ermənistanla Azərbaycan arasında aparılır. Dağlıq Qarabağın erməni icmasını danışıqlara tərəf kimi cəlb etməkdə məqsəd yeni hüquqi presedent yaratmaqdır, Ermənistanın işğalçı statusunu arxa plana keçirib unutdurmaqdır. Paşinyan özü də yaxşı bilir ki, dünyada arzu etdikləri “artsax” adlı xalq yoxdur, erməni xalqı var. Bu xalqa da məlum tarixi güzəştlər hesabına zamanında imkan verilib ki, ona aid olmayan ərazilərdə müqəddəratını təyin etsin, Ermənistan adlı dövlətini yaratsın. Paşinyan və erməni cəmiyyəti bilməlidir ki, “Qarabağ Ermənistandır” deməklə, Şuşada “inauqurasiya” keçirməklə, oğlunu Qarabağa hərbi xidmətə göndərməklə, təxribatlarını sərhədə - Tovuza keçirməklə Qarabağın erməni mənşəli sakinləri danışıqlarda tərəfə çevrilmir. Bu cür yanaşma ilə, üstəlik  hərbi doktrinasında yeni ərazilərin işğalını hədəf seçən Ermənistan Azərbaycandan hansı ritorikanı və hansı cavabı gözləyir?! Yaxud hansı cavabı haqq edir?!


    Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymağı hədəfləyən Ermənistanın baş naziri bir həqiqəti də unudur. Türkiyənin Cənubi Qafqazda strateji maraqları var, olub və olacaq. Ən azı ona görə ki, Türkiyə ilə strateji tərəfdaş olan Azərbaycanın əraziləri işğal altındadır və Azərbaycan dövləti, xalqımız bununla barışmaq fikrində deyil. Türkiyə və Azərbaycan xalqlarını birləşdirən tarixi köklər isə ermənilərə də, dünyaya da məlumdur. Cənubi Qafqazda Azərbaycan üzərindən həyata keçirilən dünya əhəmiyyətli enerji layihələrində Türkiyənin iştirakı, bu müstəvidə beynəlxalq münasibətlərin subyekti kimi çıxış etməsi artıq faktdır və ortadadır: Bakı-Tbilisi-Ceyhan neft kəməri, TAP, TANAP layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu və s., nəhayət, tarixi Qars müqaviləsi. Türkiyənin bölgəmizdəki strateji maraqları, göründüyü kimi, tək bu günə deyil, tarixi sazişlərə söykənir. Azərbaycanın Rusiya ilə münasibətləri də eynilə belədir. Paşinyanın iddia etdiyi kimi, Rusiyanın Cənubi Qafqazdakı strateji müttəfiqi yalnız Ermənistan deyil. Doğrudur, Ermənistan, həmişə olduğu kimi, bu gün də bölgədə müstəqil dövlət deyil, kiminsə təmsilçisi ola bilər. Mübaliğə etmədən bu ona bənzəyir ki, ”dolma da, ərik də yalnız ermənilərə məxsusdur” kimi erməni ritorikası artıq rəsmi səviyyələrində də özünü büruzə verir.


    Ermənistan-Azərbaycan münaqişəsinin geosiyasi münasibətlərə təhdid yaratdığı və qlobal toqquşmaya zəmin ola biləcəyi ehtimalına gəldikdə isə… Paşinyan həqiqətən də bu ehtimalı mümkün və real hesab edirsə, bu zaman işğalçılıq siyasətindən həmən əl çəkməli, BMT TŞ-nin qətnamələrinə qeyd-şərtsiz əməl etməlidir ki, Ermənistan qlobal qarşıdurmanın yeganə səbəbkarına çevrilməsin, bölgəmizi, həm də öz millətini təhlükəyə atmasın.


    Açığı, Ermənistan baş nazirinin müsahibəsində bildirdiyi digər fikirlərin, arqumentlərin də absurd və uydurma olduğunu göstərmək üçün əlavə vaxt itirsək, gərək bundan sonra növbəti 30 ili də gözləyək. Paşinyanın müsahibə boyu sərgilədiyi ritorika və psevdo-arqumentlər ona dəlalət edir ki, Ermənistan bundan sonra da danışıqlardakı qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Bu düşüncə və yanaşma tərzi qarşı tərəfin sülh danışıqlarında imitasiyanı bundan sonra da davam etdirəcəyinə indidən açıq işarədir. ATƏT-in Minsk Qrupunun həmsədrləri, nəhayət, Ermənistanı başa salmalıdırlar ki, az qala 30 il davam edən məlum danışıqlar formatını dəyişdirmək cəhdi, yumşaq ifadə etsək, qeyri-ciddi mövqedir.


    Bu, həm də beynəlxalq formatın iştirakçılarına açıq hörmətsizlik deməkdir, onları da öz imitasiyasına şərik çıxarmaq cəhdidir. BMT TŞ-nin qətnamələrinə əməl edilməyəcəyi müddətcə danışıqlar kövrək olacaq, beynəlxalq səylərə etibar və güvənc, təbii ki, azalacaq. Münxen Təhlükəsizlik Konfransında olduğu kimi, dövlət başçıları arasında növbəti ictimai debat baş tutarsa, Ermənistanın haqsız və ədalətsiz mövqeyi, təcavüzkar və işğalçı mahiyyəti bir daha ortaya çıxmış olacaq. Həm də bu səbəbdən, sülhməramlı beynəlxalq missiya tərəfindən BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinin tələbləri də işğalçı Ermənistana xatırladılmalı, lazım gələrsə dönə-dönə izah edilməlidir. Qətnamənin tələblərinə görə, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlət qanuni tanımamalıdır və tanıya da bilməz, bu vəziyyətin olduğu kimi qalmasına isə heç bir dövlət kömək və yardım etməməlidir. Bütün bunlar isə yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn, beynəlxalq sənədlərin tələbidir, yəni haqq və ədalətin Azərbaycanın yanında olmasının təsdiqi  deməkdir. Qarabağın de-fakto vəziyyətinə gəldikdə isə… Sivil dünyada Qanun və cinayət həmişə üz-üzə olub. İşğal - cinayətdir. Qanun işğal faktının aradan qaldırılmasını, işğalçının isə qanun çərçivəsində cəzalandırılmasını tələb edir. Bu qaçılmazdır!


    Qanun, preventiv tədbir kimi sülh danışıqları ədalətli nəticəni təmin edə bilməyəndə isə…



    Ülvi Quliyev,
    Milli Məclisin deputatı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:41 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40