Arxiv
30 İyul 2020, 16:04 | TƏHSİL
Bugünkü imtahanlara 3 nəfər buraxılmadı

Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.


İmtahanlar 10 şəhər və rayonda təşkil olunub.


İmtahanların təşkil edilməsi üçün ümumilikdə 64 imtahan binası, 1107 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 64 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1443 nəzarətçi–müəllim, 128 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.


30 iyulda keçirilən imtahanlarda 14255 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.


Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.


İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.


İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.


İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 


Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.


9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?