Modern.az

Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI

Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI

3 Avqust 2020, 12:09

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin avqustun 5-də keçiriləcək növbədənkənar sessiysasının ilk iclasının gündəliyini açıqlayıb.

Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).


Xatırladaq ki, Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır. Sessiya üç gün - 5, 6, 7 avqust tarixlərində keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır