Modern.az

Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR

Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR

Ölkə

3 Avqust 2020, 16:26

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlər qüvvədədir.


Modern.az-ın
məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

 

Qərara əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir:

ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)


xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)


ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;


tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;


iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;


əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;


idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);


mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;


dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;


toy məclislərinin təşkilinin qadağan olunması;


bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);


ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;


bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;


ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;


tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;


massaj və hamam xidmətlərinin göstərilməsi;

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!