Modern.az

“WhatsApp”da mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq

“WhatsApp”da mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq

Aktual

4 Avqust 2020, 20:37

“WhatsApp”da göndərilmiş mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunun üçün “WhatsApp”a yeni funksiya əlavə edilib.

Məlumata görə, yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

Həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

“Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü