Modern.az

Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin”

Aydın Mirzəzadə: “Ola bilər  190 manatlıq ödəniş 600 min deyil, 1 milyon insana verilsin”

5 Avqust 2020, 12:45

“190 manatla bağlı yeni təkliflər göndərilə bilər. Ola bilər bu ödəniş 600 min deyil, 800 min, 1 milyon insana verilsin”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu”nun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, bu gün məcburi böhran vəziyyətinə düşmüş sahibkarların kateqoriyasının müəyyənləşdirməsi ilə bağlı təkliflər hazırlansa, yaxşı olar:

“Üçüncüsü, artıq on minlərlə gənc ali məktəbə qəbul olma sevinci yaşayacaq. Bunların əksəriyyəti pullu təhsil alacaq. Ancaq bu gün insanlar iş yerlərini itiriblər. Təklif edirəm ki, Maliyyə və Təhsil nazirlikləri belə şəxslərə aşağı faizlə təhsil kreditlərinin verilməsi, ya hissə-hissə ödənilməsi və s. kimi təkliflər hazırlasın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi