22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
6 Avqust 2020, 09:42 | İQTİSADİYYAT
Dövlət Agentliyi deputatın iradlarına CAVAB VERDİ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib.

Deputat bildirib ki, həkimlərə maaşlarının üç-beş dəfə artıq olacağı vədi yerinə yetirilmir.

R.Quliyev deyib ki, TƏBİB həmin həkimlərə ayrılan pulları verməməklə yanaşı, deputat olaraq, onun sorğusunu da cavablandırmır.

 

Bəs hansı səbəbdən həkimlərin maaşı kəsilir, yaxud verilmir?

 

Məsələ ilə bağlı tənqid hədəfi olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum COVID-19 xəstələrinin xəstəxana şəraitində müalicəsinə cavabdehdir, maliyyə məsələlərilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məşğuldur.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Aynurə Əhmədova Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq yalnız yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi nəzərdə tutulub.

“Bu baxımdan həm sözügedən rayondan, həm də digər yerlərdən edilən şikayətlər əsasən, bununla bağlıdır. Bunun da əsas səbəbi COVID-19-la mübarizəyə cəlb olunmayan tibb personalının da əlavələr almaq istəyidir. Tibbi personaldan kimin pandemiya ilə mübarizəyə cəlb olunması həmin şəxs və tibb müəsisəsinin rəhbərliyi tərəfindən müəyyən edilir. Bəzi tibb işçiləri var ki, yaşı, ailə vəziyyəti, azyaşlı uşağı, hamilə olması səbəbindən COVID-li xəstələrlərlə işləməkdən imtina edir. Bəziləri də var ki, onlar koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmaq istəyir. Amma tibb müəssisələri də bütün heyəti yalnız COVID-li xəstələrin müyinə və müalicəsinə cəlb edə bilməz. O zaman digər xəstəliklərdən əziyyət çəkənlərin müalicəsini kim aparacaq? Ona görə də biz tövsiyə etmişik ki, tibbi personlın əməkdaşları növbəli şəkildə pandemiya ilə mübarizəyə cəlb olunsunlar ki, əlavələrdən hamısı yararlana bilsinlər. Sözügedən rayonda da məhz bu səbəbdən qaynaqlanan problemlərdir”.

 

A.Əhmədova qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması həmin tibb müəssisələri tərəfindən aparılır:

 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir”.

 

Qurum rəsmisi məlumatda ölkədə karantin rejim elan olunan aydan etibarən, Agentlik tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına aylar üzrə ödənilən vəsaitin məbləğini də açıqlayıb:

Mart ayı üzrə 511 nəfərə 167 min 417 manat, aprel ayı üzrə 240 nəfərə 106 min 760 manat, may ayı üzrə 78 nəfərə 84 min 403 manat və iyun ayı üzrə 96 nəfərə 53 min 344 manat müddətli əlavə ödənilib. Daha təfsilatlı desək:

Mart ayı üzrə:

  • Tibbi profilaktik tədbirləri həyata keçirən 467 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 142 min 314 manat vəsait ödənilib.
  • 35 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 15 min 943 manat vəsait ödənilib.
  • Pasiyentlərə stasionar tibbi xidmət göstərən 9 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 9 min 160 manat vəsait ödənilib.

  • Aprel ayı üzrə:

  • Tibbi profilaktik tədbirləri həyata keçirən 194 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 55 min 778 manat vəsait ödənilib.
  • 37 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 33 min 940 manat vəsait ödənilib.
  • Pasiyentlərə stasionar tibbi xidmət göstərən 9 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 17 min 042 manat vəsait ödənilib.

  • May ayı üzrə:

  • Tibbi profilaktik tədbirləri həyata keçirən 41 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 24 min 537 manat vəsait ödənilib.
  • 35 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 52 min 170 manat vəsait ödənilib.
  • Pasiyentlərə stasionar tibbi xidmət göstərən 2 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7 min 696 manat vəsait ödənilib.

  • İyun ayı üzrə:

  • Tibbi profilaktik tədbirləri həyata keçirən 54 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 19 min 454 manat vəsait ödənilib.
  • 38 nəfər təcili tibbi yardım xidməti göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 26 min 531 manat vəsait ödənilib.
  • Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4 nəfər işçiyə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7 min 360 manat vəsait ödənilib”.
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Taksi sürücüləri üçün etik qaydalarda dəyişiklik edildi 22 Sentyabr 2020, 14:36 Azərbaycanda təhsilin inkişafı 22 Sentyabr 2020, 14:30 “AzerGold” QSC-nin istiqrazlarının əhalinin xarici valyutada olan yığımları baxımından əhəmiyyəti 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 “Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək” 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55 Ermənistan müxalifəti ümumrespublika mitinqinə HAZIRLAŞIR 22 Sentyabr 2020, 11:50 Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib 22 Sentyabr 2020, 11:44 Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı 22 Sentyabr 2020, 11:38