Modern.az

Deputat Hacı Madər Musayevlə fotosöhbət

Deputat Hacı Madər Musayevlə fotosöhbət

Fotosöhbət

19 Yanvar 2010, 09:38

Musayev Madər Ələsgər oğlu 1947-ci il noyabrın 26-da Bakı şəhərində doğulub. 182 saylı orta məktəbdə təhsil alıb. 1975-1982-ci illərdə Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsində oxuyub. «Şöhrət» ordeni ilə təltif edilib. Rus dilini bilir.
1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri olub. Bitərəfdir.
1990-cı ildə XI çağırış Azərbaycan Respublikası Ali Sovetinin, 1995-ci ildə I və 2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci ildə dördüncü dəfə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.

Bu mənim birinci şəklimdi...

Atamla birlikdə... 

Yeniyetməlik çağlarımdı, o vaxtın öz dəbi vardı.

Bu da həmin dövrlərin xatirəsidi.

1977-ci ildir, xaricdəyəm.

Bu şəklil 1990-cı ildə çəkilib

Bu şəkil montaj olunub. 1990-cı ildə müqəddəs Həcc ziyarətinə getmişdim.

1995-ci il. İkinci dəfə deputat seçildiyim dövrün xatirəsi...

Şeyx həzrətləri mənə çox qiymətli hədiyyə - müqəddəs Quran kitabı bağışlayır.

Ziya Bünyadov və Əli Ansutski ilə parlamentin iclas zalında... Allah hər ikisinə rəhmət eləsin.

Şeyx həzrətləri və Vasim Məmmədəliyevlə müqəddəs yerlərin ziyarətindəyik...

Əli Hüseynov həm də maraqlı həmsöhbətdi...

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ilə görüşürəm.

Yaxın dostum, tanınmış rəssam Ağarəhim Rəhimovla...

Binəqədi rayon İcra Hakimiyyətində toplantıdayıq.

2005-ci il. Binəqədi rayonunun rəhbərliyilə Biləcəri körpüsünün tikintisinə baxmağa gəlmişik.

İran nümayəndə heyətilə birgə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirik.

Binəqədi kəndində yerləşən 179 saylı orta məktəbdə tədbirdə...

Binəqədi rayonu ərazisindəki Zərifə Əliyeva adına parkda keçirilən mərasimdəyik...

Prezident Binəqədi rayonuna qonaq gəlib.

İran-Azərbaycan Dostluq cəmiyyətinin üzvləri Milli Məclisin foyesində...

Dostum İmamverdi İsmayılovla Milli Məclisdə də yanaşı əyləşirik.

Milli Məclisin sədri Oqtay Əsədov mənə "Şöhrət" ordenini təqdim edir.

Bu şəkil də həmin mərasimdə çəkilib.

Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi tədbirdəyik.

Oqtay Əsədov və Ülvi Quliyevlə birgə...

Professor Cəlal Ağakişiyevlə xaricdə istirahətdəyik...

Milli Məclisdə çəkilən son şəkillərimdəndi...

Övladlarımla 60 yaşımı qeyd edirəm.

Gərək dünyada elə bir ad qoyasan ki, nəvə-nəticələrin sənin adın gələndə sevinsin...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir