Modern.az

İsrail təyyarəsinin niyə qaçırılma siqnalı verdiyi açıqlandı - Pilotlar dalaşıb

İsrail təyyarəsinin niyə qaçırılma siqnalı verdiyi açıqlandı - Pilotlar dalaşıb

Dünya

Bu gün, 11:28

Dubay-Təl-Əviv marşrutu üzrə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarə mümkün qaçırılma barədə siqnal verdikdən sonra istiqamətini dəyişərək Səudiyyə Ərəbistanına yönəlib.

Modern.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

“Flightradar24”ün məlumatına görə, təyyarə İordaniya üzərində olarkən istiqamətini dəyişib. Bildirilib ki, ekipaj təyyarənin qaçırılması zamanı istifadə olunan fövqəladə kodu aktivləşdirib və yardım siqnalı göndərib.

İsrail Hərbi Hava Qüvvələri döyüş hazırlığı səviyyəsini yüksəldib və havaya qırıcı təyyarələr qaldırıb. Baş nazir Benyamin Netanyahu isə müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə təhlükəsizlik üzrə iclas çağırıb.

Daha sonra təyyarə Səudiyyə Ərəbistanında təhlükəsiz şəkildə eniş edib.

Enişdən sonra İsrail mediası insidentin səbəbinin pilotlar arasında baş verən əlbəyaxa dava olduğunu bildirib. Pilotlardan biri rusiyalı, digəri isə ukraynalı olub. Əlbəyaxa dava nəticədə pilotlardan biri huşunu itirib və bu da həyəcan siqnalının işə düşməsinə səbəb olub.
"Flydubai" nümayəndələri pilotların münaqişəsindən şoka düşdüklərini bildiriblər.
Enişdən sonra hər iki pilot dərhal uçuşdan uzaqlaşdırılıb.

Aviaşirkət rəsmi olaraq təyyarənin qaçırılması ilə bağlı heç bir real təhlükənin olmadığını təsdiqləyib.

Təyyarənin göyərtəsində 174-dən çox sərnişinin olduğu, onların əksəriyyətinin İsrail vətəndaşları olduğu qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!