Modern.az

Xocalı aeroportundan Livana təyyarə uçub?

Xocalı aeroportundan Livana təyyarə uçub?

Qarabağ

10 Avqust 2020, 11:08

Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra dünyanın fərqli ölkələrindən bura humanitar yardım aparılır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu ölkədən Livana 3 xüsusi reys planlaşdırılır.

 

Reyslərdən 2-si artıq həyata keçirilib. Humanitar yardım daşıyan təyyarələrdən biri Ermənistan, digəri isə qondarma Qarabağ rejiminin adından Beyruta uçub.

Qarabağdan Livana yardım daşıyan reysin Xocalı aerportundan yoxsa Yerevandan uçuşu həyata keçirdiyi sual doğurub.

Məsələyə separatçı rejimin rəhbərinin köməkçisi Artur Aqanbekyan aydınlıq gətirib. O, təyyarənin Ermənistan hökuməti tərəfindən ayrıldığını dilə gətirib.

 

“Ermənistan hökuməti bizə ayrıca təyyarə ayırıb. Humanitar yardıma Qarabağda istehsal olunmuş yağ, cem və mürəbbələr daxildir”-deyə Aqanbekyan açıqlama verib. O, Beyruta uçuşun Yerevan hava limanından gerçəkləşdiyini əlavə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub