Modern.az

Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək

11 Avqust 2020, 19:48

Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

 

Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

 

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı