Modern.az

Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI

Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI

11 Avqust 2020, 22:09

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 318 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 796 459  test aparılıb. İndiyədək 495  nəfər COVID-19-dan dünyasını dəyişib, 30 856  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 380 nəfərdir. Hazırda 226  nəfər reanimasiyada müalicə alır. 46 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 84  yoluxma, 214 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?