Modern.az

Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq

Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq

Aktual

13 Avqust 2020, 09:55

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyətinin Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov,  şəhərin baş memar vəzifəsini icra edən Elxan Məmmədov və digərləri Natəvan -2 adlanan əraziyə baxış keçiriblər. 

 

Modern.az Gəncə İH-nə istinadən xəbər verir ki,məsələ ilə əlaqədar olaraq ərazidə Gəncəçay məcrasının tikinti tullantılarının daşınması və abadlaşdırılması barədə müvafiq tapşırıqlar verilib. 

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ərazidə yaşayan sakinlərlə görüşərək bildirib ki, şəhər rəhbərinin tapırığına əsasən tarixi abidənin, ətrafında abadlıq işləri aparılacaqdır. O qeyd edib ki, Comərd Qəssab türbəsi memarlıq üslubunda hasarlanması barədə razılaşdırılmış layihənin hazırlanması ilə bağlı şəhərin baş memarına müvafiq tapşırıqlar verilib. Səməd Tomuyev vətəndaşlarımızında ətraf mühitə diqqətli olmağı və ərazinin təmiz saxlanılmasını tövsiyyə edib. 

 

Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. XX əsrin 60-ci illərində türbə dağıdılıb, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalıb. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işlərinə başlanılıb. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri istifadə edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...