Modern.az

Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK

Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK

Aktual

14 Avqust 2020, 10:48

Azərbaycan Respublikası Təhsil Nazirliyi qurumun aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

 

Modern.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Nərmin-H.N” MMC-dir.

 

Qalib şirkətə 1 mln 610,9 min manat ödəniləcək.

 

Qeyd edək ki, şirkətin 218,31 manat vergi borcu var.

 

“Nərmin-H.N” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 30 manat, qanuni təmsilçisi isə Nəriman Hacıyev Asif oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu