Modern.az

Erməni tərəfi əsir düşən zabiti barədə məlumat yaydı - FOTO

Erməni tərəfi əsir düşən zabiti barədə məlumat yaydı - FOTO

Qarabağ

23 Avqust 2020, 22:54

Ermənistan Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində ordu bölmələrimiz tərəfindən əsir götürülmüş baş leytenant haqqında məlumat yayıb.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan bildirib ki, zabit Qurgen Alaverdyan pis hava şəraitində azıb və itib: “Onun axtarışı aparılır".

Şuşan Stepanyan Azərbaycan tərəfinə qarşı diversiya əməliyyatının keçirildiyini təkzib etməyə çalışıb.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alberyan əsir götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı