Modern.az

Saatlının yeni icra başçısı kimdir? - DOSYE

Saatlının yeni icra başçısı kimdir? - DOSYE

24 Avqust 2020, 12:53

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Modern
.az xəbər verir ki, Elmir Məmməd  oğlu Bağırov 03.04.1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-1997-ci ildə orta məktəbdə təhsil alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxıl olub. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Prezident  yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin “dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olub, 2006-cı ildə oranı bitirib.
2008-ci ildə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adı alıb.

2004- cü ildən Heydər Əliyev Fondun “azerbaijan.az” layihəsinin koordinatoru olub, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar
Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib.
2014-cü ildə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin Aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Elmir Bağırov 2009-cu ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasın Siyasi idarəetmə və politologiya kafedrasında müəllim və 2012-ci ildən Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasında baş müəllim vəzifələrində çalışıb.

2017-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Evlidir, 2 övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi