Modern.az

Şair-publisist, jurnalist Qələndər Xaçınçaylı koronavirusdan ÖLDÜ

Şair-publisist, jurnalist Qələndər Xaçınçaylı koronavirusdan ÖLDÜ

25 Avqust 2020, 15:22

"Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı koronavirus səbəbindən bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bu barədə "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova  xəbər verirb.

“Bu xəbər hər birimizi dərindən kədərləndirdi. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm”,-deyə baş redaktor bildirib.

Şair-publisit, jurnalist Qələndər Xaçınçaylı bir müddət əvvəl “Yeni Klinika” Tibb Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirmişdilər..

Qələndər Xaçınçaylı 1980-ci ildən jurnalist kimi Azərbaycan mətbuatında çalışır. "Fəryad", "Cümhuriyyət", "Meydan", "İcmal", "Ədalət", "Həftə içi” qəzetlərində fəaliyyət göstərib. 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü idi.

Bir neçə kitabın müəllifidir.

Allah rəhmət eləsin…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir