Modern.az

Təhsil naziri müəllimlərin maaşından DANIŞDI

Təhsil naziri müəllimlərin maaşından DANIŞDI

27 Avqust 2020, 17:52

Təhsil naziri Emin Əmrullayev yeni tədris sisteminin müəllimlərin əməkhaqqına təsir edib-etməyəcəyi məsləsinə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, nazirin sözlərinə görə, müəllimlərin əməkhaqqının ənənəvi hesablanması qaydası tədrisin təşkili formasından asılı olaraq dəyişmir.

 

Yəni müəllimlərin narahatlığına heç bir əsas yoxdur.

 

Nazi bildirib ki, pandemiya dövründə təhsil sistemində elektronlaşma və rəqəmsallaşma çox sürətlə getdi.

 

Onun sözlərinə görə, aprel və mart ayları ərzində 1 milyon şagird, 100 mindən çox müəllim “Virtual məktəb”ə qoşulub. Özəl şirkətlərlə əldə olunan razılaşmaya əsasən, 40 min müəllimə internet paketlər təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir