Modern.az

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi - ADLAR

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi - ADLAR

İqtisadiyyat

31 Avqust 2020, 18:09

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə aşağıdakı şəxslər təyin ediliblər:

 

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

 

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

 

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi.

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

 

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.


***

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.  

Komissiya 15 nəfər üzvdən ibarətdir. Qurumun 5 üzvü Prezident tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.


Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir.

Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.

Milli Məclis tərəfindən təyin olunmuş Komissiya üzvləri:

Adil Əliyev - Milli Məclisi Sədrinin müavini

Əminə Ağazadə - Milli Məclisin deputatı

Elşad Mirbəşir oğlu - Milli Məclisin deputatı

Arzu Nağıyev  - Milli Məclisin deputatı

Səfa Mirzəyev - Milli Məclis Aparatının rəhbəri

Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri:

Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri

Fikrət Məmmədov - Ədliyyə naziri

Zakir Qaralov - Sabiq Baş prokuror

Ramiz Rzayev - Ali Məhkəmənin sədri

Anar Bağırov - Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir