Modern.az

7 Şəhidin xatirəsini əbədiləşdirən sürücü - FOTOLAR

7 Şəhidin xatirəsini əbədiləşdirən sürücü - FOTOLAR

9 Sentyabr 2020, 11:12

Qaradağ rayonu Sahil qəsəbəsinin sakini Usub Soltan oğlu İsmayılov şəxsi vəsaiti hesabına 7 Şəhidin xatirəsini əbədiləşdirib.


Usub İsmayılov şəhidlərlə bağlı təşəbbüsü barədə Modern.az-a açıqlama verib:

 

“Mən özüm Ucar rayonun Təzə Şilyan kənd sakiniyəm. Amma Bakının Qaradağ rayonu Sahil qəsəbəsində yaşayıram. Hərgün işə gedəndə Sahil qəsəbəsinin şəhidlərinin xatirə lövhəsinin qarşısından keçirdim. Mən kövrək insanam, çox təsirlənirdim. Onların hər birinin xatirəsi mənə əzizdir”.


Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunun nəzdindəki Bosşeld şirkətində sürücü işləyən Usub İsmayılov öz vəsaiti hesabına doğulduğu Ucar rayonunun Təzə Şilyan kəndində də şəhidlərin xatirəsini əbələşdirilmək qərarına gəlib:

“Sakini olduğum Ucar rayonunun kəndi də döyüşlərdə 7 şəhid verib. Amma onlarla bağlı hər hansı nişanə yox idi. Qərara gəldim ki, kənd məktəbinin həyətində öz vəsaitim hesabına şəhidlərimizin xatirəsini əbədiləşdirim. 2019-cu ilin noyabrında işlərə başladıq. Öz ideyamla təməli kitab şəklində qoyduq. Materialın ödənişini edib Bakıya qayıtdım. Hər həftə gedib işlərə şəxsən nəzarət etdim və nəhayət fevral ayının 26-da-Xocalı soyqırımı günü xatirə lövhəsinin açılışı oldu. Görülən işlərdə məktəbin direktoru, idman müəlliminin həyat yoldaşı Tamella xanım və digərləri mənə mənəvi dayaq durdular. Ümumilikdə xatirə lövhəsinin hazırlanmasına 5 min manat vəsait sərf etdim”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?