Modern.az

Yeni media kampaniyasına start verilir

Yeni media kampaniyasına start verilir

9 Sentyabr 2020, 23:37

“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin media kampaniyasına start verilir.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi layihənin icrasına 2019-cu ildə başlanılıb. İki il davam edəcək layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edir. Layihə çərçivəsində “Education HUB” şirkəti tərəfindən həyata keçiriləcək media kampaniyası əlilliyi olan qadınlara və Dağlıq Qarabağ müharibəsi veteranlarına qarşı cəmiyyətdə mövcud olan ayrı-seçkilik və stiqmanın aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli mühitin inkişafı və inklyuzivliyin təşviq edilməsi məqsədini daşıyır.

Media kampaniyası çərçivəsində Bakı, Salyan və Masallıda yaşayan 50 nəfər əlilliyi olan qadın, Dağlıq Qarabağ müharibəsi veteranı və media nümayəndələrindən ibarət birgə qrupların formalaşdırılması və onlara onlayn səmt təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlimlərdə iştirak edən qruplar tərəfindən əlilliyi olan şəxslər üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviqi məqsədilə sosial videoçarxlar və KİV üçün məqalələr hazırlanacaq.Sözügedən materialların hazırlanması prosesində təlimlərə cəlb edilmiş peşəkar mentorlar tərəfindən hər bir qrupa müvafiq istiqamətləndirmə və dəstək təqdim olunacaq. Ərsəyə gələn sosial videoçarxlar və məqalələrin içərisindən ən yaxşı nümunələrin  seçilərək qaliblərinictimai təqdimat zamanı mükafatlandırılması nəzərdə tutulur.

Kampaniyada iştirak etmək üçün Bakı, Salyan və Masallıda yaşayan, yaşı 18-dən yuxarı olan əlilliyi olan qadınlar, Dağlıq Qarabağ müharibəsi veteranları və media nümayəndələri aşağıdakı keçidlərdə olan ərizə formalarını dolduraraq qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

1) Əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranları üçün  ərizə  - //forms.gle/ooVJHS5jnZEgiTLX8

2) KİV nümayəndələri / bloqqerlər üçün ərizə - //forms.gle/QEwRBCDCxuxzbFVP8


Ərizələrin qəbulu 22 sentyabr 2020-ci iltarixində başa çatacaq.

Qeyd edək ki, media nümayəndələri əlavə məlumat üçün “Education HUB” şirkətinin Proqram meneceri Gülnarə İsmayılova  ilə elektron ünvan ([email protected]) və  ya +99455 275 7757 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi