Arxiv
11 Sentyabr 2020, 00:11 | QARABAĞ
Erməni əsirinin görüntülərini yayan hərbçilər ordudan xaric EDİLDİ

Bu gün sosial şəbəkələrdə cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən hərbçilərin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun əmri ilə ordudan qovulması barədə xəbərlər yayılıb. İddialara görə, həmin hərbçilər nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadə bəhanələri ilə  cəzalandırılıblar.

 

Modern.az xəbər verir ki, Virtualaz.org bu iddialarla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Müdafiə Nazirliyindən bəyan ediblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır.



“Bu deyilənlər uydurmadır, ordu rəhbərliyinə qarşı böhtandır. Baş verənlərlə bağlı bunları bəyan edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”, - deyə nazirliyin bəyanatında bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Metrostansiyalarda 10 yeni ventilyator quraşdırıldı - FOTOLAR 29 İyul 2021, 09:56 ABŞ-dan Kəlbəcər AÇIQLAMASI 29 İyul 2021, 09:50 COVID-19 pasportu olmayan 1977 nəfər toya BURAXILMADI 29 İyul 2021, 09:42 Ailə başcısını itirən 195 min nəfərə pensiya və müavinət ödənilib 29 İyul 2021, 09:36 Şəhriyar Məmmədyarov yenidən Levon Aronyanla qarşılaşacaq 29 İyul 2021, 09:30 Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk 29 İyul 2021, 09:24 Nəticəsindən narazı olan abituriyentlərin NƏZƏRİNƏ 29 İyul 2021, 09:18 3 məzun yüksək bal topladı, 18 nəfər imtahandan qovuldu 29 İyul 2021, 09:12 “Facebook”un gündəlik auditoriyası 2,9 milyarda çatdı 29 İyul 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 29 İyul 2021, 09:00 Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTOLAR 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38