Modern.az

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Aktual

18 Sentyabr 2020, 17:05

Məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 2 sentyabr 2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

 

Pentensiar Xidmətdən Modern.az-a verilən məlumata görə, onun üçün öz xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib:

 

“Adil Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib. Bununla əlaqədar Tofiq Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12 sentyabr 2020-ci ildə həmin xəstəxanaya yerləşdirilib.

17 sentyabr 2020-ci ildə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib”.

 

Rəsmi məlumata görə, hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir:

“Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir. Tofiq Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apellyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək TofiqYaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir